Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Aktual / Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiq oluna bilər

Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiq oluna bilər

Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycanla Şengen zonası arasında vizasız rejim tətbiqinə dair imkanlar var.

O bunu RİA Novosti-yə müsahibəsində rəsmi Azərbaycanın Şengen zonası ilə vizasız rejimin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Azərbaycanla Şengen zonası arasında vizasız rejim məsələsi Azərbaycan və Avropa İttifaqı arasında sadələşdirilmiş vizasız rejim və readmissiya haqqında saziş əsasında tənzimlənir. Biz hesab edirik ki, bu saziş çərçivəsində əldə edilmiş nəticələr vizasız rejimin libarellaşdırılması məsələsində əməkdaşlıq üçün imkanlar açır”, – deyə E.Məmmədyarov vurğulayıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Prezident Mehman Hüseynovla bağlı tapşırıq verib” – Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov …