Bazar , Sentyabr 23 2018
Ana səhifə / Aktual / Azərbaycanda bu ixtisaslar üzrə təhsil haqqı artdı: 1000-1500 manat

Azərbaycanda bu ixtisaslar üzrə təhsil haqqı artdı: 1000-1500 manat

Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib.

Azinforum.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə yeni ixtisaslar da yaranıb:

1. Bitki mühafizəsi
2. Bağcılıq və tərəvəzçilik

K. Əsədov həmçinin IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını qeyd edib.

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsilhaqqı 4500 manat (2017-də 3000 AZN idi).
2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).
3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).
4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).

Həmçinin oxuyun

Ölünü məhkəməyə çağırdılar, intəhası dirilib gələ bilmədi – Azərbaycanda

Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) …