Bazar , Dekabr 16 2018
Ana səhifə / Aktual / Azərbaycan yeni elektron hökumət modelinə keçir – Video

Azərbaycan yeni elektron hökumət modelinə keçir – Video

Azərbaycan yeni elektron hökumət modelinə keçir. 

“ Azinforum.az ” “Xəzər TV”yə istinadən xəbər verir ki, bütün zəruri xidmətlər elektron hökumətin vahid infrastruktur bazasında göstəriləcək. Vətəndaşlar onlara lazım olan informasiyaları daha tez əldə edəcəklər.

Yaxın gələcəkdə hansısa dövlət qurumunda sizinlə bağlı informasiya varsa, o informasiya sizdən kağız formasında istənilməyəcək. Qurum sistemə daxil olaraq məlumatı özü götürəcək. Ümumiyyətlə isə elektron xidmətdən istifadə üçün ayrı-ayrılıqda dövlət qurumlarının sisteminə daxil olmağa ehtiyac qalmayacaq. Şəxsi məlumatlar bir kabinetdə toplanacaq.

Elektron hökumətin yeni modelinə keçid vətəndaşların işini daha da rahatlaşdıracaq.

Elektron hökumətin inkişafı mərkəzinin direktoru Fariz Cəfərov deyib ki, xidmətlərdən istifadə zamanı nəzərə çarpacaq çeviklik əldə olunacaq.

Yeni modelin üstünlüklərindən biri də odur ki, vətəndaşlar sənədləri ilə bağlı görməli olduqları işlərdən onlayn şəkildə öncədən məlumatlandırılacaqlar.

Elektron hökumətin yeni modelinin tətbiqi 2019-cu ildə nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Mübarizə qarşı çıxan nadan və cahillər – Millət vəkili

Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq …