Ana səhifə / Aktual / Aşura günü xəstələr üçün qanvermə aksiyası olacaq

Aşura günü xəstələr üçün qanvermə aksiyası olacaq

Məhərrəmlik ayının onuncu günü -“Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, sentyabr 20-də Bakı və regionlarda qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası Bakıda Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”nda, Nəsimi rayonu “Əjdər bəy məscidi ” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi” , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı ”və “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi “ndə keçiriləcək.

Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.

Aksiyalar Gəncə şəhəri “İmamzadə kompleksi” , Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi” , Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi”(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidində də olacaq.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …