Şənbə , Dekabr 15 2018
Ana səhifə / Aktual / Alpinistlərin meyitləri Bakıya gətirilir

Alpinistlərin meyitləri Bakıya gətirilir

İtkin düşmüş alpinistlərin meyiti Quba rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

“ Azinforum.az ”  APA-ya istinadən xəbər verir ki, yaxın saatlarda alpinistlərin meyiti  Bakıya göndəriləcək. Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyi  Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.

Alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olunub.

“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”, deyə Toğrul Mehdiyev bildirib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Samir Adigözəlli Mübariz İbrahimovu təhqir edən psixoloqu məhkəməyə verir

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən psixoloq …