Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / “Alla ilə heç vaxt evlənməzdim, əgər…” – Maksim Qalkin

“Alla ilə heç vaxt evlənməzdim, əgər…” – Maksim Qalkin

Aparıcı Maksim Qalkin “Lutşi vsex” (Hər kəsdən yaxşı) verilişində maraqlı açıqlama edib

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, proqramına gələn Palina adlı balaca qızla söhbətləşib.

Söhbət əsnasında Palina Allanın mahnılarını çox sevdiyini, daim dinlədiyini və bəzilərini əzbər bildiyini deyib.

Bu zaman Maksim qızcığazdan Allanın hər hansı bir mahnısını ifa etməsini xahiş edib. Palina müğənninin “Opyat metel” (yenə qasırğadır) adlı nəğməsini ifa edib.

Musiqini dinləyən Qalkin “Alla da sənin kimi oxusaydı, onunla heç vaxt evlənməzdim”, – deyib.

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …

Bir cavab yazın