Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Alimlər akademik Cəlal Əliyevin məzarını ziyarət edib – Tədbir + FOTO

Alimlər akademik Cəlal Əliyevin məzarını ziyarət edib – Tədbir + FOTO

İyunun 29-da görkəmli alim, dahi şəxsiyyət, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə AMEA-nın  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Əkinçilik İnstitutu və Dendrologiya İnstitutunun əməkdaşları və alimin tələbələri Fəxri xiyabanda mərhumun məzarını ziyarət ediblər.

Bu barədə Mia.az-a verilən məlumata görə, ziyarətçilər mərhum akademikin əziz xatirəsini yad edərək məzarı önünə əklillər və gül dəstələri qoyublar.
Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yubileylə əlaqədar olaraq anım tədbiri keçirilib.
Tədbir Cəlal Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun direktoru, akademik İradə Hüseynova Cəlal Əliyev məktəbinin  yetirməsi olduğu üçün qürur duyduğunu bildirərək, akademikin Azərbaycan elmindəki misilsiz xidmətlərindən bəhs edib.
 İradə xanım müəlliminin müsbət insani keyfiyyətlərindən söz açaraq, onun bir şəxsiyyət kimi tələbələrinə örnək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə bu şəxsiyyət hələ sağlığında özünə əbədi abidə ucaltmışdır: “Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəb və bu məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlü mərkəzlərində  tədqiqatlar apararaq, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar”.
Tədbirin sonunda “Elmə həsr olunan ömür” adlı sənədli film nümayiş olunub.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …