Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Alimlər açıq alovda bişirilən ətin zərərindən danışdılar

Alimlər açıq alovda bişirilən ətin zərərindən danışdılar

RİA.Novosti agentliyinin məlumatına görə, Harvard universitetinin alimləri  açıq alovda hazırlanan ətin gipertoniya xəstəliyinin inkişafı ricqini artıra biləcəyini hesab edirlər.
Tədqiqatın nəticələrini Nyu Orleanda Amerika ürək xəstəlikləri assosasiyasının konfransı zamanı Harvard universitetinin məktəblərdə iaşə şöbəsinin elmi işçisi  Qanq Liu təqdim edib.
O və kolleqaları 12-16 yaş arasında olan 100 mindən çox insanı öyrəniblər. Tədqiqat dövrünün əvvəlində heç bir iştirakçının yüksək qan təzyiqi, diabeti, ürək damar xəstəliyi , ya xərçəngi olmayıb.
Alimlər ayda 15 dəfədən çox açıq alovda hazırlanan ət yeyənlərlə, həftədə 4 dəfə və daha az ət yeyənləri müqayisə ediblər. Məlum olub ki, birinci qrupda olanların qan təzyiqi risqi ikincilərdən 17 faiz çoxdur.
Tədqiqatın sonunda 37 mindən çox adamın yüksək təzyiqdən əziyyət çəkdiyi müəyyənləşib.
“ Tədqiqatların nəticələri onu deməyə əsas verir ki, ətin bu yolla hazırlanmasından uzaq olduqda gipertoniya xəstəliyinə tutulmaq risqini azaltmış olur”- Liu qeyd edir.
O əlavə edib ki, tədqiqat zamanı yeyilən ətin kəmiyyətindən və növündən asılı olmayaraq onun hansı dərəcədə və metodla hazırlanması arasında əlaqənin olmadığı təqdim olunub.
 Yemək məsələləri üzrə mütəxəssis Cudit Vayli –Rosett barbekyu həvəskarlarını mütəəssr olmamağa çağırıb və ətin bişirilməsinin alternativ variantlarından istifadə etməyi məsləhət görüb.
“Açıq alov yerinə tüstüdən istifadə edəndə,  havada ət bişirmənin çox üsulları var”-mütəxəssis xanım qeyd edib. (Moderator.az)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …