Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Albaniya da ermənipərəst deputatı arzuolunmaz şəxs elan etdi – VİDEO

Albaniya da ermənipərəst deputatı arzuolunmaz şəxs elan etdi – VİDEO

Erməni lobbisinin dəstəyi ilə Dağlıq Qarabağa qanunsuz səfərlər edən və buna görə Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan olunan Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoxarus öz ekstermist mövqeyinə görə bu dəfə Albaniyada “qara siyahı”ya salınıb.

Xezerxeber.az-ın məlumatına görə, səbəb həmin şəxsin Albaniyanın ərazi bütövlüyünü təhdid edən çıxışlarıdır.

Avropa Parlamentinin üzvü Eleni Teoxarus Albaniya Respublikasında da arzuolunmaz şəxs elan olunub. O, Eleni Teoxarus ki, Avropa Parlamentinə Kiprdən seçilən bir millət vəkilidir və Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər etdiyinə görə adı Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb. Bu şəxs indi də başqa bir dövlətin-Albaniyanın ərazi bütövlüyünə təhlükə törətməsi ilə gündəmdədir.

Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən Eleni Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzuolunmaz şəxs elan olunub.

Millət vəkili Musa Qasımlı bildirir ki, Avropa Parlamenti kimi mötəbər bir qurumun deputatının bu cür hərəkəti hec cür qəbul edilən deyil.

Avropa Parlamentinin bu üzvünün Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist, millətçi çıxışı bu ölkə tərəfindən ərazi bütövlüyünü və Konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilib.

Musa Qasımlı bildirir ki, əslində, belə şəxslərin arzuolunmaz şəxslər siyahısına salınması hazırda istifadə olunan ən təsirli vasitədir.

Maraqlısı budur ki, kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk Avropa Parlamenti üzvü də ola bilər. Bu şəxsin Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Çünki onun bütün qanunsuz səfərlərinin təşkilatçısı əslən erməni olan Kaspar Karampetyandır.

Eleni Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayətkar qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …