Ana səhifə / Aktual / AKİF ÇOVDAROVUN DA ADININ HALLANDIĞI MƏHKƏMƏDƏ NİYƏ 3 HAKİM DƏYİŞİB? – ŞİKAYƏT (VİDEO)

AKİF ÇOVDAROVUN DA ADININ HALLANDIĞI MƏHKƏMƏDƏ NİYƏ 3 HAKİM DƏYİŞİB? – ŞİKAYƏT (VİDEO)

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun icraatında olan Rüstəmova Ceyran Mikayıl qızı və  Hüseynova Reyhan Musa qızının təqsirləndirilmələrinə dair  məhkəmə prosesində zərərçəkən kimi  tanınan bir qrup şəxs Azinforum.az saytına şikayət ediblər. Cinayət işinə görə  zərərçəkən olan Səkinə Sadıxova saytımıza açıqlamasında bildirdi ki,  təqsirləndirilənlər onun dəyəri 300 min manat olan obyektini aldadaraq  mənimsəyiblər:

c4

” Əvəzində isə mənə 100 min manat ipoteka şəklində kredit söz vermişdilər. Bütün sənədlər imzalandıqdan sonra,  pulu tez bir zamanda götürəcəyimi dedilər. Əslində isə qol çəkilən sənədlər alqı-satqı müqaviləsi olub. Aparılan istintaq zamanı məlum olub ki, bu adamlar 12 ailəyə zərər vurublar. Buna baxmayaraq, onların havadarları  çoxdur. Ən müxtəlif dairələrdə onların himayədarları var. Biz uzun sürən mübarizədən sonra onların həbsinə nail ola bildik. Mən təəssüf edirəm ki, bəzən həbsdə olan və cinayətləri istintaqla sübuta yetirilən bu adamlar medianı da öz maraqlarına qoşmaq istəyirlər. Təəssüflər olsun ki, bəzən  buna nail də ola bilirlər.  MTN- də baş verən hadisələrdən sonra,  onlar bəzi qəzet və saytlara yalan məlumat ötürərək, belə bir rəy yaratmaq istəyirlər ki, güya bizim Akif Çovdarovla əlaqəmiz var. Tamamilə absurddu.  Mən,  mənimsələn əmlakımı tələb edirəm. Akif Çovdarovla mənim nə əlaqəm ola bilər? Belə məlumatlarla onlar ictimai rəyi çaşdıraraq öz xeyirlərinə kökləmək istəyirlər.

c1

 

Maraqlıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin  bəzi hakimləri də onları açıq müdafiə edirdi. Azər Orucov bu işə baxan 3-cü hakimdir. Bundan əvvəlki iki hakimi – Əfgqan Hacıyev və Fikrət Qəribovu biz etiraz edərək prosesdən uzaqlaşdırdıq. İbtidai istintaqın gedişində də çox kobud qanun pozuntularına yol verilib. Təqsirləndirilənlər öz dələduz əməllərini əlbir şəkildə leqallaşdırdığı, notariat kontorunun müdiri Məmmədov Cahid məsuliyyətdən tam kənarda qalıb.  Zərərçəkənlərlə söhbət etsəniz görərsiniz ki,  Məmmədov Cahid iş yerini Suraxanıdan Hövsana dəyisə də, bütün alqı-satqılar məhz onun yanında aparılıb.  Digər maraqlı fakt isə, təqsirləndirilən Hüseynova Reyhanın qızı Əkbərova Esmiranın məsuliyyətdən tamamilə kənarda qalmasıdır. İbtidai istintaq zamanı onun barəsində cinayət işi açılmışdı. Sonradan ona heç nə edilmədi. Halbuki onun əməlindən konkret zərərçəkənlər olub və həmin adamlar da şikayətçiydilər”.

c2

Zərərçəkən daha sonra bildirdi ki,  nədənsə,  təqsirləndirilənlərlə əlbir olan Gülməmmədova Mətanət İnqilab qızının işinə ayrı icraatda baxılır:

“Biz dəfələrlə şikayət etmişik ki, eyni məzmunlu iş olduğu səbəbindən buna eyni icraatda baxılsın. Təəssüflər olsun ki, şikayətlərimizə fikir verən yoxdur. Bu işə baxan hakim Zeynal Ağayev prosesdə özünü Mətanətin vəkili kimi aparır. Bizdə indidən belə təəssürat yaranır ki, hansısa gözəgörünməz qüvvə bunları himayə edir və azad etdirməyə çalışır”.

Qeyd edək ki, bu iş üzrə zərərçəkənlərin hamsının adı ilə redaksiyamıza geniş məzmunlu  şok şikayət ərizəsi göndərilib. Bəzi dəqiqləşdirmələri apardıqdan sonra, həmin məlumatı təqdim edəcəyik.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

Rövşən ƏLİ

AZİNFORUM.AZ

 

c3

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın