Ana səhifə / Aktual / Akademik Validə Əlizadə prezident seçildi – Botaniklər Cəmiyyətində dəyişiklik

Akademik Validə Əlizadə prezident seçildi – Botaniklər Cəmiyyətində dəyişiklik

AMEA-da Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib.
AMEA Botanika İnstitutundan Mia.az-a verilən məlumata görə, respublika botaniklərinin iştirakı ilə keçirilən tədbirdə Cəmiyyətin idarə heyəti seçilib və Nizamnaməsinin II redaksiyasına dəyişikliklər layihəsi təqdim olunub.
Yığıncaqda AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə yekdilliklə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilib: “Səsvermə yolu ilə AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov, AMEA-nın müxbir üzvü Vaqif Novruzov Cəmiyyətin vitse-prezidentləri və  AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayeva məsul katibi təyin olunublar”.
Sonda Azərbaycan Botaniklər Cəmiyyətinin regionlar üzrə elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətinin gücləndirilməsi müzakirə olunub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …