Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Ailə TV” Xırdalanda niyə “çöküb”? – Sakinlər provayderi məhkəməyə vermək istəyir…

“Ailə TV” Xırdalanda niyə “çöküb”? – Sakinlər provayderi məhkəməyə vermək istəyir…

“Ailə TV” adlı internet provayderi Xırdalan əhalisini cana yığıb.  Bu barədə məlumatı Azinforum.az-a “Abşeron gənclər şəhərciyi” adlı yaşayış massivinin bir qrup sakini verib. Onların sözlərinə görə, vaxtı-vaxtında abunə haqqının ödənilməsini tələb edən  “Ailə TV” son bir ay ərzində demək olar ki,  normal xidmət göstərmir:

“Son bir həftədə  artıq 3-cü dəfədir ki,  gecə saat 24-dən sonra, heç bir xəbərdarlıq etmədən interneti kəsirlər. Onların 920 qaynar xəttinə düşmək üçün saatlarla gözləməli oluruq.  Operatorlara çətinliklə calaşandan sonra, əsəbi halda “ümumi nasazlıqdı, tez bir zamanda düzələcək” kimi yalan vədləri verib dəstəyi asırlar.  Məsələn, bu gün səhər saat 9 radələrində Ülvi adlı bir operatorla danışdıq. Dedi ki, tez bir zamnda problem həllini tapacaq. Amma hələ də internetimiz yoxdur. Belə hal ayda bir dəfə olsa, dözmək olar. Artıq bu adət halını alıb. Ancaq maraqlıdır ki,  abunənin ödənilməsi bir saat gecikən kimi onlar dərhal interneti kəsirlər. Bu, sağlam əməkdaşlıq deyil axı. Müqavilədəki tərəflərin hər biri üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Biz pul ödəyiriksə, “Ailə TV” də bizi fasiləsiz internetlə təmin etməyə borcludur. Problem həlini tapmsa, biz həmin provayderə qarşı məhkəmə iddiası qaldırmağa məcbur olacayıq”.

“Ailə TV” dən Azinforum.az-a deyilən ərazində texniki problemin olduğunu təsdiqləyiblər və bildiriblər ki,  nasazlığı aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Rövşən,

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …