Ağdamda biabırçılıq- siyasi mühacirin adına saxta yolla yemək pulu yazılıb

Dövlət Maliyyə Nəzarəti Xidmətinin Ağdamda apardığı təftiş zamanı ciddi nöqsanlar aşkarlandığını xəbər vermişdik.

Qeyd etmişdik ki, Ağdam Şəhər Nümayəndəliyinin balansında olan 02-AA-055 dövlət nömrə nişanlı, QAZ-31 markalı avtomobil qəza səbəbindən 3 ildir ki, yararsız halda qarajda olmasına baxmayaraq həmin maşına hər ay küqlllü-miqdarda yanacaq silinib. Bu hələ harasıdır, Fəxrəddin adslı şəxsə bu avtomoibilin sürücüsü kimi maaş da ödənilib vaxtı-vaxtında. Həmin bu Fəxrəddini rayonda hamı nümayəndəliyin “qara kassası” kimi tanıyırlar.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin Ağdama ezam olunmuş Rövşən adlı işçisi az müddətdə 30 min yeyinti faktını aşkarlayıb. Bu hələ üzdə olasn faktlardır. Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev müfəttişin daha dərinə getməsindən qorxaraq dərhal danışıqlara başlayıb.Rayonda verilən məlumata görə Rövşənə imtina edə bilməyəcəyi məbləğdə “şirinlik” vəd olunub.

Realmedia.az-a məlumat verən mənbənin bildirdiyinə görə yuxarıda göstərdiyimiz Zabil Mehdiyevin başqa cinayətlərinin yanında “toya getməlidi”.

Korrupsiya bu məmurların gözünü elə örtüb ki, bilmədən dövləti cinayətə, xəyanətə bulaşıblar. Zabil Mehdiyev saxta yolla bir çox adamın adına dövlət tərəfindən məcburi köçünlər üçün ayrılan aylıq yemək pulunu mənimsəyir. Bu məbləğ bir nəfər üçün 36 manatdır. O cümlədən yoldaş Mehdiyev Sadıqlı Tural Əlövsət oğlunun da adına olan yemək pulunu cibinə qoyur. Halbuki keçmiş Ağdam sakini olan bu şəxs hazırda Almaniyadadır, özü də siyasi mühacirdir.

Zabil Mehdiyev siyasi mühacirin adına saxta yolla yemək pulu alır. Anlamır ki, siyasi mühacirlərə görə dövlətimiz Avropa Şurasında problemlə üzləşir.

Ancaq bu da Zabil Mehdiyevin qanunsuz işlərində sonuncu deyil.

Qarşı tərəfin mövqeyin dinləyə bilərik.