Ana səhifə / Aktual / AFFA-nın uşaq liqalarında biabırçılıq davam edir – 7 texniki məğlubiyyət

AFFA-nın uşaq liqalarında biabırçılıq davam edir – 7 texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib. Bu toplantıda 7 klub belə cəzaya məruz qalıb.

(25 dekabr 2015-ci il) Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – AZAL matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

(26 dekabr 2015-ci il) Boulevard Hotel U-15 Liqasının TİM (Gəncə) – “Bakı” FK matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

(20 dekabr 2015-ci il) Coca Cola U-13 Liqasının “Kəpəz” – UGİM (Göygöl) matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

(26 dekabr 2015-ci il) Coca Cola U-13 Liqasının “Zirə” FK – AZAL PFK matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

(26 dekabr 2015-ci il) Coca Cola U-13 Liqasının UGİM (Göygöl) – Lokomotiv (Gəncə) matçında ev sahibi komandanın klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

(21 dekabr 2015-ci il) U-12 Liqasının Bağman TİM (Gəncə) – Arzu UGİM-1 (Gəncə) matçında ev sahibi komandanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

(26 dekabr 2015-ci il) U-10 Liqasının Fortuna Səbayıl (Bakı) – Vətən RİOEUG matçında ev sahibi komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

(27 dekabr 2015-ci il) U-16 Liqasının “Bakı” – “İnter” matçının 72-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Cavid Nəcizadə hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın