Ana səhifə / Aktual / Abbas Abbasov və oğlu Putinin adamına sığındı

Abbas Abbasov və oğlu Putinin adamına sığındı

Abbasovların yeni mesajı – şifrəli foto; Sabiq vitse-primyerin Dağıstandakı biznesinə ciddi zərbə – VİP binanın tikintisi dayandırılıb; Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yayan Abbasovlar nəyə işarə ediblər?; Onların seçki ilində Kremlə lazım olub-olmadıqları tezliklə bilinəcək…

Baş nazirinin sabiq birinci müavini Abbas Abbasova Azərbaycana qayıtmaq qadağası olduğu məlumdur. 2013-cü ildə Kremlin Azərbaycan hakimiyyətinə qarşı qurduğu “Milyarderlər İttifaqı” adlanan qurumdakı fəaliyyətinə görə ölkəyə yollarını birdəfəlik bağlayan sabiq vitse-primyer hələ də “qaçqın həyatı” yaşayır. Bütün biznesini Türkiyə və Rusiyada quran A.Abbasovun oğlu Aydın Abbasov da Azərbaycanla vidalaşmaq məcburiyyətindədir.

2015-ci ildə deputat mandatını yerə qoymağa məcbur olan A.Abbasov da yalnız ara-sıra ölkəyə gəlir. O, atasının yeni biznes planlarında yer alıb. Məlumdur ki, Ramazan Abdulatipov Dağıstan prezidenti təyin ediləndən sonra Xəzərin o biri tərəfində geniş biznes şəbəkəsi qurub.

2017-ci il oktyabr ayının əvvəlində gözlənilmədən istefaya gedən Abdulatipov “Milyarderlər İttifaqı”nda təmsil olunurdu və bundan əvvəl də A.Abbasovla isti münasibətləri vardı. Abdulatipov vəzifə kürsüsünə yerləşən kimi A.Abbasov da tez-tez onun yanında peyda olmağa başladı. Rusiya mətbuatında bu mübhəm dostluqla bağlı müxtəlif rəylər vardı.  Dağıstan rəhbəri Abbas Abbasovla dostluq münasibətlərinə görə hətta açıq tənqid olunurdu. Məsələn, “Dostunuzu göstərin, kim olduğunuzu deyim” başlıqlı müəllif yazısından sitat: “Dağıstan rəhbərinin dostları sırasında Abbas Abbasov kimi intriqaçı, təxribatçı və burnunu hər yerə soxan bir şəxs varsa, onda onu hansı aqibət gözləyəcəyi bəri başdan bəlli olur. Abbas Abbasov ölkəsi Azərbaycanda da sevilmir. Bu şəxsdən uzaq durmaq lazımdır. Əgər Abdulatipov yaxın vaxtlarda Abbasovla dostluğuna son qoymasa, onun ”papağı” yerə düşəcək”.

IMG-20171025-WA0013.jpg (95 KB)

Dağıstandakı mənbələrin məlumatına görə, Abdulatipovun gedişindən sonra A.Abbasov da hələ ki oradakı biznesini dondurmaq məcburiyyətində qalıb. Məlumdur ki, Aydın Abbasov Dərbənddə  çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirirdi. Prezident səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasilyev isə əhalidə narazılıq doğuran bütün tikinti işlərinin dərhal dayandırılması barədə göstəriş verib. “Bu, Abbas Abbasovun oğlunun Nizami adına parkın ərazisində başladığı tikintiyə də aiddir. Vasilyevin təyinatından sonra dərhal Azərbaycanla əlaqələrə ciddi önəm verməsi, Dağıstanla Azərbaycanı birləşdirəcək Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisinə başlaması Abbasovların çətin ki, ürəyincə olsun” deyə, yerli mənbə bildirib.

Image result for Abbas Abbasov

Abdulatipovun istefaya göndərilməsindən sonra Azərbaycan mətbuatında “Abbas Abbasovun ”krişası” vəzifədən getdi” kimi sərlövhəli yazıların dərcinin qarşı tərəfin narahatlığına səbəb olacağı gözlənilən idi. Sirr deyil ki, Abdulatipov zamanında rəsmi Bakıdan “Abbasın bağışlanılması” xahişini etsə də, ona “yox” cavabı verilmişdi.

Image result for kreml

Dağıstanda “arxa bağçası” kimi rahat olan  Abbasovlar isə yenə də Putinin adamına sığınmağı özlərinə şərəf hesab edirlər. Məlumdur ki, Abdulatipov təcrübəli dövlət adamı olduğu üçün Rusiya prezidenti onu kənarda saxlamadı. Bir həftə əvvəl Vladimir Putin Abdulatipovu Rusiya prezidentinin Xəzəryanı ölkələrlə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi təyin edib. Sabiq vitse-primyerin oğlu bu günlərdə öz İnstaqram səhifəsində gördüyünüz bu fotonu paylaşıb. Abdulatopov haqda xoş sözlər və təbrik yazan Aydın Abbasov əslində “krışalarının” hələ də möhkəm olduğuna işarə edib. Putinin indi də Xəzər regionunda nümayəndəsi olan Abdulatipova bərk-bərk sığınan Abbasovların Azərbaycanda yaxınlaşmaqda olan seçki ilində Kremlə lazım olub-olmadıqları da tezliklə bilinəcək…

Abbas Abbasovun yenidən belə bir planda yer ala biləcəyi haqda çox yazılıb, görünür, hələ yazılacaq da…

“YM”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …