Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / AAAF sakinlərinin problemləri işıqlandırılsa da “qaranlıq”dan qurtula bilmirlər… – VİDEO

AAAF sakinlərinin problemləri işıqlandırılsa da “qaranlıq”dan qurtula bilmirlər… – VİDEO

AAAF Park Yaşayış Kompleksi minlərlə insanların məskunlaşdığı yaşayış kompleksidir. Əslində al-əlvan parkı, sayrışan işıqlarla bəzədilmiş əyləncə yerləri olan AAAF-ın bir o qədər də qaranlıq üzü var. 

İllərdir mediada AAAF Park problemləri işıqlandırılır, lakin hələ də bu işıqlanmadan nəsibini almayan AAAF-ın qaranlıqda oturan sakinləri vardır. AAAF MMC-nin inşa etdiyi binalarda məskunlaşan sakinlər hələ də elektirik enerjisini Azərişıq ASC-dən almaq yerinə, aralarında heç bir subabonent müqaviləsi olmayan və qanuni olaraq, elektrik satmağa icazəsi olmayan AAAF MMC-dən almaq məcburiyyətindədirlər. 5 ildən çoxdur, bu məcburiyyətdən yararlanan AAAF MMC rəhbərliyi sakinlərə elektrik enerjisinin dayandırılması yolu ilə təzyiqlər edir və əsassız, qanunsuz yığımları, şəxsi ambisiyalarını bu təzyiqlər vasitəsi ilə həyata keçirirlər. 
Bu azmış kimi sakinlərin elektrik sayğaclarına müdaxilə edərək, əsassız yerə sakinləri borclandırmaq, bu yolla sakini AAAF MMC nin haqsız və əsassız tələblərini yerinə yetirməyə təhrik etmək  AAAF MMC də adi hal alıb.(kanal13.tv)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …