Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / AAAF-dan açıqlama – Tofiq Heydərov həbs olunmayıb

AAAF-dan açıqlama – Tofiq Heydərov həbs olunmayıb

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlama verən “AAAF Park”ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Tofiq Heydərovun həbs olunmadığını bildirib. O qeyd edib ki, Heydərov hazırda yeniyetmələr arasında Kosovoda keçirilən Avropa Birinciliyinə yollanan millimizlə birlikdədir.

Bundan başqa, Məstəliyev ərazidə aparılan yoxlama ilə bağlı da sualımızı cavablandırıb:

“Burada axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda isə hər kəs öz işini davam etdirir”.

Qeyd edək ki, Tofiq Heydərov eyni zamanda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi və Federasiyanın vitse-prezidentidir.

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …