Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / 239 sürücü işdən qovuldu – Kobud davranışa görə

239 sürücü işdən qovuldu – Kobud davranışa görə

“BakuBus” MMC-nin istifadəsində 13 marşrut xətti var.
Mia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “BakuBus” MMC-nin durektor müavini Azər Qasımov deyib.
Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir:
“2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb. Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …