“2 ildir Elman Nəsirov “həll edəcəm” deyə-deyə sözünün üstündən qaçır” – İTTİHAM

Göyçay şəhəri H.Əliyev küçəsi ev 169 sakini Beydullayeva Eyzangül Ağakərim qızını tərəfindən
                                           
ŞİKAYƏTLİ  MÜRACİƏT
Mən 5 nəfəlik ailəmlə birlidə Göyçay şəhəri H.Əliyev küçəsində qəzalı vəziyyətdə olan yararsız evdə təhlükə altında yaşayırıq. Hər axşam kəlmeyi-şəhadətimizi deyib yatırıq ki, yuxuda olan zaman ev uçsa ölə bilərik. Evimizin dam örtüyü tam yararsız oldğu üçün yağış otaqların içinə yağıb deyə evimiz tam yararsız və qəzalı vəziyyətdədir. Həyat yoldaşım Beydullayev Hafiz Fəti oğlu ağır qaraciyər serrozu və infark xəstəsidir. Evimiz yararsız vəziyyətdə olduğu üçün yataq xəstəsi olan həyat yoldaşım qardaşının evində yaşayır. Evimizə yağış suları yağdığı üçün özümdə. uşaqlarımda xəstəliyə düçar olmuşuq. Bəlkə də Azərbaycanda ikinci belə bir acınacaqlı vəziyyətdə yaşayan ailə yoxdur. 2015-ci il tarixdə parlament seçkiləri keçirilən zaman Elman Nəsirovla görüşdük. O, bizə söz verdi ki, deputat seçilsəm mütləq evinizin təmirinə köməklik edəcəm. Biz ailəlikcə gedib ona səs verdik və həttda bülletenin də şəkilini çəkdik. Sevindik ki, Elman Nəsirov deputat seçildi və vədinə əməl edər. O gün-bu gün 2 ildir Elman Nəsirov həll edəcəm deyə-deyə sözünün üstündən qaçır. Baxmayaraq ki, uçub-dağılmış evdə yaşayan biz yoxsul ailə öz sözümüzün üstündə dayanıb ona səs verdik. Özüm 10 il orta məktəbdə sinif müəllimi işləmişəm, dolana bilmıdiyimiz üçün işdən çıxıb quşçuluq broylerində fəhləlik etmişəm ki, acından ölməyək. Həyat yoldaşımın xəstəliyinə görə işdən çıxdım ki, ona qulluq edim.İndi ailəmizdə yeganə işləyən böyük oğlumdur şadlıq evində ofsiant işləyir.
3 noyabr 2017-ci il tarixdə Göyçayda keçirilən nar bayramında deputat Elman Nəsirovla görüşüb ondan vədinə əməl etməyi xahiş etdim, yenə əvvəlki kimi söz verib getdi. Göyçay Rayon İcra Hakimiyyətinə yazdığım ərizəyə isə cavab olaraq qeyd edirlər ki, “İcra Hakimiyyətinin hesabına fərdi evlərin tikintisi, təmiri üçün vəsait və material ayrılmadığından sizə köməklik göstərilməsi imkan xaricindədir”. İndiyə qədər Elman Nəsirovun qəbulunda dəfələrlə olmuşam və ona çoxlu sayda ərizələrlə müraciətlər etmişəm. Hətta 14 nəfər qonşularım Elman Nəsirova ərizə yazıb ondan bizim ailəyə köməklik etməsini xahiş ediblər. Ancaq heç bir əhəmiyyət verməyib.
Mən mətbuat vasitəsi ilədə deputat Elman Nəsirova müraciət edirəm. Hörmətli millət vəkili Elman Nəsirov, axı mənə söz verdiniz ki, evinizin təmirinə köməklik göstərəcəm. Xahiş edirəm gəlin bizim yaşayışımızı gözlərinizlə görün bəlkə bundan sonra bilərsiniz ki, deputatı olduğunuz rayonun sakinləri olan Beydullayevlər ailəsi hansı acınacaqlı və təhlükəli vəziyyətdə yaşayır. Yolunuzu səbrsizliklə gözləyirik.
İmza; Vəd verdiyiniz, sizə səs vermiş Beydullayevlər ailəsi adından Eyzangül Beydullayeva.
moderator.az