Bazar , Dekabr 16 2018
Ana səhifə / Aktual / 179 saylı məktəbdən saytımızda verilən yazıya reaksiya gəldi-“…təəssüf doğurur”

179 saylı məktəbdən saytımızda verilən yazıya reaksiya gəldi-“…təəssüf doğurur”

179 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 1930-cu ildə inşa olunmuş məktəbdə son illər 2800 nəfərdən çox şagird 2 adi, 2 aralıq növbədə təhsil alıb. “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən, məktəbə 2018-2019-cu tədris ili üçün 1416 şagird yerlik yeni korpus inşa edilrək istifadəyə verilib.

2018-2019-cu tədris ilindən dövlət qayğısı sayəsində yaradılmış imkanlar məktəbdəki sıxlığın aradan qaldırılmasına şərait yaradıb. Tədris prosesinin daha səmərəli təşkili baxımından ibtidai və yuxarı sinif şagirdlərinin ayrı-ayrı binalarda təhsil alması məqsədəuyğundur. Odur ki, I-IV sinif şagirdləri məktəbin köhnə korpusunda, V-XI sinif şagirdləri isə yeni tikilmiş korpusda yerləşdirilib. Qeyd edək ki, iki korpus arasındakı məsafə cəmi 600 metr təşkil edir.

Vətəndaş Sabirə Mahmudova məktəb rəhbərliyinə müraciət edərək nəvələrinin eyni korpusda təhsil almasını xahiş edib. Ona tədris prosesinin daha səmərəli təşkili baxımından bunun mümkün olmadığı izah edilib.

Onu da qeyd edək ki, S.Mahmudovanın nəvəsi elektron qeydiyyatdan keçərək 1p sinfinə (rus bölməsi) qəbul olunub. Həmin sinifdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş Müəllimlərin İşə Qəbulu müsabiqəsinin nəticələrinə əsasən, Yaqut Elşad qızı Məsimova 15.09.2018-ci tarixdən ibtidai sinif müəllimi vəzifəsində işləyir. Həmin sinifdə hazırda 21 nəfər şagird təhsil alır. I siniflərə uşaqların elektron qeydiyyatı valideynlərin seçimi əsasında aparıldığı üçün 1p sinfini məhz S.Mahmudova özü seçib. Buna baxmayaraq, S.Mahmudova əsassız olaraq təkidlə tələb edir ki, nəvəsi 1r sinfində oturmalıdır. S.Mahmudovaya izah olunub ki, həmin sinifdə isə şagird sayı çox olduğundan bu mümkün deyil.

Sentyabrın 26-da media təmsilçisi olduğunu bildirən şəxs məktəbin əlaqə telefonuna zəng vuraraq katibə ilə əlaqə saxlayıb. Həmin şəxsə direktorun yeni inşa olunmuş tədris korpusunda olduğunu bildirilib. Jurnalistə qarşı heç bir kobud rəftar olunmayıb. Odur ki, məktəb rəhbərliyi adına əsassız fikirlərin səsləndirilməsi və qarşı tərəfin mövqeyi öyrənilmədən məsələnin ictimailəşdirilməsi təəssüf doğurur.

VIPedu.BIZ

Həmçinin oxuyun

Mübarizə qarşı çıxan nadan və cahillər – Millət vəkili

Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq …