Ana səhifə / Aktual / “Ərəblər xaricdən bizi buna yoluxdurmaq üçün göndərilən xəstələrdir…” -Şeyx Əbdül…

“Ərəblər xaricdən bizi buna yoluxdurmaq üçün göndərilən xəstələrdir…” -Şeyx Əbdül…

“Mətbuatda yazırlar ki, guya ərəblər Azərbaycana gəldikdən sonra burda görüşdükləri qızlardan xəstəlik tutublar”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti bu kimi məlumatların mətbuata çıxarılmasının özümüzə xəyanət olduğunu bildirib:
“Mətbuatda yazırlar ki, guya ərəblər Azərbaycana gəldikdən sonra burda görüşdükləri qızlardan xəstəlik tutublar. Dedim ki, yalançının atabatasına lənət. Hansı qızdı xəstə olan? Bunu təşkil edən adamlar var. Əlaqədar dövlət strukturlarına sizin vasitənizlə müraciət edirəm ki, əksinə bu hamısı xaricdən bizi buna yoluxdurmaq üçün göndərilən xəstələrdir, təxribatdır, xəyanətdir. İnanın mənə. Bəzi hadisələrdən sui-istifadə edirlər. Düşmən həddindən artıq çevik və ayıqdır, arxalı-dayaqlıdır. Onlar ocağımızın başında oturub bizə xəyanət edənlərdir. Bizə özümüzünkülərin əli ilə xəyanət edən düşmənlərdir. Ona görə də belə şeyləri mətbuata çıxarmaq, özümüzə daş atmaq, rüsvay etmək kimə lazımdır axı, başa düşə bilmirəm”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …