Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Əməkdar artist ölən deputatdan danışdı- “GƏRƏK HALALLIQ ALARDI”

Əməkdar artist ölən deputatdan danışdı- “GƏRƏK HALALLIQ ALARDI”

“Bu xəbəri eşidəndə çox pis oldum”..
Azinforum.Az xəbər verir ki, bu haqda AzNews.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova millət vəkili, mərhum Astan Şahverdiyevin ölümündən danışarkən deyib. Müğənni dünyasını dəyişən deputata halallıq verdiyini bildirdi:. “Allah o dünyasını versin, günahlarından keçsin. Dünya malı dünyada qalacaq. Amma halallıq çox yaxşı şeydir. Kaş sağlığında məndən halallıq alaydı. Amma yenə də Astan Şahverdiyevə halallıq verirəm. Allah ona rəhmət eləsin.. Həyatdır, gərək elə yaşayasan ki, hamı sənə öləndən sonra rəhmət söyləsin. Mən müsəlmanam, ona görə də düşünürəm ki, axirət çox çətin olacaq. Mən də ürəyi rəhmli, mərhəmətli insanam. . Heç kimin malına da yan baxmamışam. Torpaq, var dövlət bu dünyada qalır. Gərək heç kimin malını yemiyəsən, ona sahib çıxmağa can atmayasan… Astan Şahverdiyevin ailəsinə başsağlığı verirəm”. Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev, onun 11 sotdan çox torpağını mənimsəyib. . Müğənni bununla bağlı məhkəməyə müraciət etsə də deputat tərəfindən ələ keçirilən torpaq sahəsini geri qaytara bilməmişdi.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …