Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Əlimizdən düşməyən mobil telefonlar: onlar bəşəriyyəti uçuruma aparır?

Əlimizdən düşməyən mobil telefonlar: onlar bəşəriyyəti uçuruma aparır?

Ekspertlər bildirirlər ki, mobil telefonların inkişafı əslində supergüclərin bəşəriyyətlə bağlı məkrli planlarının bir hissəsidir

Dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadırlar. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər daim yenilik axtarışındadır.

Texnologiyanın inkişafı, insanların bir-biriləri ilə daha rahat ünsiyyət saxlaması təbii ki, müsbət amil kimi xarakterizə edilə bilər. Lakin ekspertlər bildirirlər ki, mobil telefonların istifadəsinin genişlənməsi bəşəriyyətin həm də zərərinədir. Yüksək texnologiyaların istehsalı ilə xüsusilə də supergüc ölkələr məşğul olurlar.

Mütəxəssislər bildirirlər ki, məhz bu ölkələr mobil telefonlardan həm də siyasi məqsədləri üçün istifadə edirlər. Belə ki, ekspertlərə görə, insanlar mobil telefondan normadan artıq istifadə etməklə həm beyinlərinə zərər vururlar, həm də digər lazımlı vərdişlərini unudurlar. Məsələn, əgər insanlar ağıllı telefonların geniş yayılmasından öncə ictimai nəqliyyatlarda kitab oxumaqla vaxt öldürürdülərsə, hazırda kitabların yerini mobil telefonlar tutur. Maraqlısı isə budur ki, mobil telefon istehsalı ilə məşğul olan ölkələrdə mütaliəyə maraq mobil telefon idxal edən ölkələrdən daha çoxdur.
Ekspertlər bildirirlər ki, mobil telefonlar və yaradılmış “cloud” sistemi ilə Qərb kəşfiyyat orqanları dünyanın hər yerində, istədikləri şəxsin şəxsi məlumatlarını da əldə edə bilərlər…

Deyilənlərin nə qədər doğru olub-olmadığını bilmək üçün mobil telefonlar barəsində indiyə qədər aparılan araşdırmaları oxumaq kifayətdir.

İngilis mütəxəssisləri 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edir). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.

Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.

Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Zürix Universitetinin və Fribourg Universitetinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.

Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşladır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.

Mütəxəssisin fikrincə mobil telefonlar insanları sosial həyatdan da uzaqlaşdırır. Bu baxımdan alkoqol asılılığı ilə mobil telefon asılılığı eyni götürülür:

“Son 10-20 ildə panikaya düşmə, depressiya eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır”.
2008-ci ildə Beynəlxalq Xərçəng Araşdırma İnstitutu tərəfindən nəşr olunan hesabatda bildirilib ki, cib telefonlarını 10 il və daha çox istifadə edən insanların xərçəngə yoluxma riski digərləri ilə müqayisədə 40 faiz daha artıqdır. 2009-cu ildə İsveçdə aparılan başqa bir araşdırmada mobil telefonların beyin xərçəngi meydana gəlməsini 5 qat artırdığı iddia edilir. Digər tərəfdən, bildirilir ki, elektromaqnit dalğaları beyinə müxtəlif formalarda zərər verir. Bu zərərləri bəşəriyyət gələcək illərdə daha dərindən anlayacaq. Hazırda bütün bunlar insanlara adi gəlsə də, gələcəkdə baş verənlər mobil telefonların bəşəriyyətə hansı zərərləri verməsini detallı şəkildə ortaya çıxaracaq.

Mobil telefon istifadə etməyin 10 əsas zərərlərini qeyd edək:

Həddindən artıq telefon istifadə etmək və mesaj yazmaq çiyin, boyun və baş ağrılarına səbəb olur. Boş otaqda olduğumuz zaman yaxınlığımızda mobil telefon varsa və o, şarj edilirsə, bunun özü də insana zərər verir. Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün “Sar” dəyərinə diqqət etmək lazımdır. “Sar” faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.

Telefona qulaqcıq qoşub, yüksək səslə musiqi dinləmək isə qulaqdan beyinə səs dalğalarını ötürən hüceyrələrin ölməsinə səbəb olur. Günümüzdə döş xərçənglərinin sayı artır. Bu xəstəliyi də tətikləyici kimi mobil telefonların adı çəkilir. Çünki mobil telefonlardan istifadə bədənin üst qismini daima zərərli şüalar altında saxlayır. 12-21 yaş arasında mobil telefondan normadan artıq istifadə edən yeniyetmələrdə zəka zəif inkişaf edir.

Elmi araşdırmalara görə, daha çox mikrobun olduğu alətlər idarəetmə pultları və mobil telefonlardır. Gigiyenik baxımdan hər nə qədər təmiz kimi görünsələr də mikroskopik araşdırmalar edildiyində mobil telefonlar üzərində milyonlarla mikrob olduğu fərq edilir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …