Ana səhifə / Aktual / Əhəd Abıyev: “Nə əməliyyat olunmuşam, nə də xəstəxanaya düşmüşəm”

Əhəd Abıyev: “Nə əməliyyat olunmuşam, nə də xəstəxanaya düşmüşəm”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin xəstəxanaya yerləşdirilidiyi, əməliyyat olunduğu haqda məlumat yayılıb.

Məlumatda bildirilir ki, başçı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, cərrahiyə əməliyyatı edilib. Ə.Abıyevin adından açıqlama da yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib: “Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Həmçinin böyrəyimdə kriatinin miqdarı artmışdı. Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha hər şey qaydasındadır”.

Musavat.com Əhəd Abıyevlə telefon vasitəsilə əlaqə saxlayıb, yayılan məlumata aydınlıq gətirib. O, bildirib ki, barəsində dərc olunmuş xəbər tamamilə yalandır: “Hazırda Daşkəsəndəyəm, iş başındayam, bir az öncə tədbir keçirmişik. İndi də sizinlə kabinetdən danışıram. Nə əməliyyat olunmuşam, nə də xəstəxanaya yerləşdirilmişəm. Görünür, bu, kimlərinsə oyunudur”. İcra başçısı haqqında yayılan məlumatları təxribat adlandırıb: “Bayaq bir nazir müavini zəng edib, mənimlə maraqlandı. Narahat olduğunu dedi. Ona da bildirdim ki, yayılan xəbər yalandı”.

Ə.Abıyev bildirib ki, onun adından yayılmış açıqlama da saxtadı: “Mən heç bir sayta açıqlama verib, deməmişəm ki, böyrəyimdən əməliyyat olunmuşam. Gümraham, səhhətimdə problem yoxdur, özümü normal hiss edirəm. Mənə görə narahat olan dostlara bildirirəm ki, narahatlığa əsas yoxdur. Hər şey qaydasındadır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …