Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Aktual / Əlvida məktəb: “Son zəng”dən FOTOLAR

Əlvida məktəb: “Son zəng”dən FOTOLAR

 

Bu gün Azərbaycan məktəblərində son zəngdir, 2017-2018-ci tədris ili başa çatır. Çoxları üçün 14 iyun adi günlərdən biri olsa da, məktəb məzunları üçün unudulmaz tarixdir. Çünki onlar 11 illik məktəb həyatına son qoyub, müstəqil həyata addım atırlar. 

Musavat.com saytının əməkdaşları məzunların sevincinə, həyəcanına şərik olmaq üçün Bakı şəhəri, 214 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində olub.

Məktəbin həyətinə daxil olarkən oraya toplaşan müəllim və məzunların təlaşlı olduğu kənardan aydın hiss olunurdu. Kimi çıxış üçün hazırlaşır, kimi sinif yoldaşlarının köynəyinə arzularını yazır, kimi də onları təbrikə gələn doğmaları ilə söhbət edirdi. Məktəbdə daha həyəcanlı olanlar isə valideynlər idi. Onlar övladlarının özəl gününü qürur hissi ilə izləyirdi. Kimi övladının geyiminə əl gəzdirir, kimisi foto çəkdirir, kimisi də kənara çəkilib, sevinc göz yaşlarını silirdi.

Nəhayət, tədbir başladı, hər kəs öz yerini aldı. “Son zəng” tədbirinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verildi. Sonra söz çıxış üçün məktəbin direktorun Esmira Ağayevaya verildi. O, qonaqları, məzun və valideynləri salamladıqdan sonra ürək sözlərini dilə gətirib. O, bildirib ki, bu gün şagirdlərindən ayrıldığı üçün kədərlidir. Eyni zamanda sevinclidir ki, yetirmələri müstəqil həyata atılır.

Qəbul imtahanından 700 bal toplayan sinif şagirdi Leyli Əhmədova da məzunlar sırasında yerini almışdı. Onun sevincini bölüşməyə anası və özü kimi 700 bal toplayan qardaşı gəlmişdi. Leyli saytımıza öz  saytımıza təəssüratlarını bölüşüb:

“Bu gün çox həyəcanlıyam. Illərdir ki, təhsil aldığım doğma məktəbimdən ayrılıram. Bu məktəbin yetirməsi olduğum üçün qürur hissi keçirirəm. Müəllimlərə təşəkkür edirəm ki, bizi gözəl yetişdirib və təhsil veriblər. Onlar da mənimlə qürur duyur. Bütün dostlarıma, məzunlara gələcək həyatlarında uğurlar arzulayıram. İmtahan verəcək məzunlara isə diqqətli olmağı, həyəcanlanmamağı tövsiyə edirəm”.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində IX sinfi 111257, XI sinfi isə 83001 şagird bitirir.

2018/2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır.

 

 

Həmçinin oxuyun

Aydan Rzayeva vəzifədən alındı – Prezidentdən daha bir diplomat haqda sərəncam

Prezident İlham Əliyev bu gün daha bir konsulun geri çağırılması haqda sərəncam verib. Mia.az xəbər verir ki, …