Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / Əflatun Amaşov futbol bayramında iştirak edib – fotolar

Əflatun Amaşov futbol bayramında iştirak edib – fotolar

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deputatı seçidiyi Saatlı rayonunda Açıq Əyləncəli Futbol Məktəbinin açılış mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, AFFA ilə Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilmiş tədbirə millət vəkili, AFFA-nın vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, deputat Sabir Hacıyev, habelə Saatlı rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar qatılıb.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova tədbir iştirakçılarını salamlayaraq Saatlıda idman sahəsində görülən işlərdən söz açıb. Bu istiqamətdə qarşıda duran vəzifələrə diqqət çəkib.

Ə.Amaşov tədbirdəki çıxışında Azərbaycanda idmana diqqət və qayğının dövlət siyasəti olduğunu vurğulayıb. Bu baxımdan futbola qayğı da xüsusi yer tutur. “Bu gün Saatlıda biz növbəti futbol bayramına şahidlik edirik. Bayramın təşkilinə göstərdiyi dəstəyə görə Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti hörmətli həmkarım Rauf Əliyevə Saatlı futbolçuları, rayon ictimaiyyəti adından təşəkkür edirəm. Ümüd edirəm ki, federasiyanın dəstəyi Muğanın bu bölgəsində futbolun inkişafına müstəsna təsir göstərəcək”, – deyə o vurğulayıb.

Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev uşaq futbolunun inkişafının böyük prioritet olduğunu vurğulayıb. Açıq Əyləncəli Futbol Məktəbi layihəsinin də bu baxımdan əhəmiyyət daşıdığını önə çəkib. İndiyədək layihə çərçivəsində müxtəlif bölgələrdə gerçəkləşdirilmiş tədbirlərdə 24 mindən artıq uşağın iştirak etdiyini bildirib.

Milli Məclisin deputatı Sabir Hacıyev hər bir rayonda idmanın populyarlaşması istiqamətində görülən işlərin gənc nəslin mənəvi və fiziki inkişafındakı rolundan söz açıb. Bu gün layihədə iştirak edən uşaq və gənclərin gələcəkdə peşəkar futbolçu kimi yetişəcəyinə inamını ifadə edib.

Toplantıda çıxış edənlərdən Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov, Yeni Azərbaycan Partiyasının Saatlı Rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, veteran idmançı Əbülfəz Əliyev və başqaları Saatlıda idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar. Bununla bağlı konkret nümunələri sadalayıblar.

Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov uşaqların futbola cəlb edilməsindəki təşəbbüslərin rayonda geniş fəallıq doğurduğunu deyib. Bu layihənin gerçəkləşməsində əmək sərf edənlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Saatlıda Açıq Əyləncəli Futbol Məktəbinə 150-dək uşaq və gənc, həmçinin 15 məşqçi iştirak edib.

Musavat.com

jur.jpg (87 KB)

 

VIPedu.BIZ

Həmçinin oxuyun

BDU-nun bufeti də bağlandı

Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Bu barədə Axar.az-a məlumat verən tələbələrdən birinin sözlərinə görə, onlara konkret …