Ana səhifə / 2018 (səhifə 20)

Yearly Archives: 2018

MTRŞ “Türkel TV”-nin lisenziyasını ləğv edib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan “Report”a verilən məlumata görə, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON …

Ətraflı oxu »

Rüşvət alan gömrük mayoru məhkəmə qarşısında

Dövlət Gömrük Komitəsinin (DGK) rüşvətə görə gömrük orqanlarından xaric edilən əməkdaşı Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə başlayır.  Oxu.Az-ın xəbərinə görə, A.Cəfərəliyevin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun icraatında araşdırılacaq. Qeyd edək ki, DGK-nın yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi …

Ətraflı oxu »

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır.  Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilmiş kollegiya iclasında məlumat verilib. Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş …

Ətraflı oxu »

Azərbaycanın ən yaxşı paralimpiyaçıları – ADLAR

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) 2018-ci ilin ən yaxşı on idmançısının adını açıqlayıb. Komitədən verilən məlumata görə, paracüdoçular Bayram Mustafayev, İlham Zəkiyev və Şəhanə Hacıyeva ilin ən yaxşısı seçiliblər. Fərqlənənlər arasında parataekvandoçu Aynur Məmmədova, atletlər Oloxan Musayev və Samir Nəbiyev də yer alıblar. Eləcə də Pərvin Məmmədov, Elşən Hüseynov (hər ikisi …

Ətraflı oxu »

İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayırdı

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Ətraflı oxu »

Prezident “ASAN xidmət”in sədrini təltif etdi – Siyahı

Dövlət başçısı İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət …

Ətraflı oxu »

Bakıda həkimlər xəstəxanada Yeni il şənliyi keçirdilər: xəstə yaxınları etiraz etdi – AÇIQLAMA

Bakıda xəstəxanada Yeni il şənliyi keçirilib. Azinforum.az xəbər verir ki, bu barədə xəstə yaxınları BAKU.WS-ə şikayətlərində bildiriblər. Vurğulanır ki, Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxanada həkimlər və işçilər bayram şənliyi keçiriblər. Qeyd edilir ki, şənlik zamanı musiqinin səsi yüksək olub. Bu da xəstələrə mane olub. Bununla bağlı şikayət etsələr də, …

Ətraflı oxu »

Cənub bölgəsində qızlar məktəbə getmir? – Dövlət Komitəsi Qüdrət Həsənquliyevə cavab verdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) deputat Qüdrət Həsənquliyevin ölkənin cənub bölgəsində qızların məktəbə getməməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı müraciətinə cavab verib. Mia.az Komitəyə istinadən xəbər verir ki, deputatın Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığı açıq məktubda qeyd etdiyi məsələlərlə bağlı narahatlığını qəbul …

Ətraflı oxu »

Bakıda qadınların əl çantalarını soyan oğru saxlanıldı

Paytaxtın Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edilib. Bu barədə zərərçəkən Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə məlumat verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadın izahatında naməlum şəxsin içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi dərhal …

Ətraflı oxu »

“Port Baku Residence”də yanğın baş verib

Bakida “Port Baku Residence” yüksəkmərtəbəli yaşayış binasında yanğın olub. Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, yanğın dördüncü mərtəbədə baş verib. Hadisə yerində dörd yanğınsöndürən maşın işləyir. Bildirildiyinə görə, alov artıq söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Ətraflı oxu »