Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / 2018 / İyul (səhifə 40)

Monthly Archives: İyul 2018

Ödənişli yollar istifadəyə verilir: necə olacaq?

Azərbaycanda ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması barədə məlumat verən yol nişanı quraşdırılacaq. Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda əksini tapıb. Məlumat və yol nişanları …

Ətraflı oxu »

“Azersun Holding” batır- xalis mənfəəti 2 dəfəyə yaxın azalıb

“Azersun Holding” MMC 2017-ci ildə 27,106 mln. manat xalis mənfəət əldə edib. Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 42% azalıb. “Report” bu barədə “Azersun Holding” MMC və onun törəmə müəssisələrinin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir. Bildirək ki, şirkətin vergidən əvvəlki mənfəəti 39,166 mln. manat olub. Hesabata əsasən şirkətin …

Ətraflı oxu »

Yunanıstanda 53 nəfər yanaraq ölüb, 156 yaralı var

Yunanıstanda güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. AzVision.az “ERT” televiziyasına istinadən xəbər verir ki, yanğın nəticəsində 156 nəfər xəsarət alıb, onlardan 16-sı uşaqdır. Yaralılardan 11-nin vəziyyəti ağırdır. 680 ev isə tamamilə yanaraq külə dönüb. Attikada yanğınla bağlı vəziyyət nəzarətdən çıxıb və şəhərdə fövqəladə vəziyyət elan olunub. 760-dan …

Ətraflı oxu »

“Rusiya heç vaxt dostumuz olmayacaq” – ABŞ-ın BMT-dəki səfiri

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli (Nikki Haley) Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını bəyan edib. APA-nın xəbərinə görə, N. Heyli bunu CBN-ə müsahibəsində deyib. “Biz Rusiyaya inanmırıq, Putinə inanmırıq və heç vaxt da inanmayacağıq. Onlar heç vaxt bizim dostumuz olmayacaq. Bu, sadəcə faktdır”, – deyə səfir vurğulayıb. Səfirin fikrincə, Donald …

Ətraflı oxu »

600-dən çox bal toplayanların sayı artıb

Bu il birinci ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir. 2017-ci ildə isə 36 nəfər olub. Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Ekspert bildirib ki, onların arasında prezident təqaüdçüsü azı 695 bal toplayan olacaq. “650-dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir. 2017-ci ildə …

Ətraflı oxu »

Nəsimi rayon məktəblilərinin Qəbələ rayonundakı istirahətləri başa çatdı

Nəsimi rayon İcra Hakimiyyətinin Dövlət Sərhəd Xidməti ilə birgə ənənəvi layihəsi olaraq 2018-ci ilin 11-19 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastava­sının bazasında Nəsimi rayon orta məktəb şagirdlərinin, rayonun  aztəminatlı, şəhid və Qarabağ müharibəsi veteranları ailələrindən olan, təhsildə və idmanda fərqlənən 7-10-cu sinif şagirdləri …

Ətraflı oxu »

Restoran və kafelərdə fantastik qiymətlər: nəzarət olmalıdırmı…

Natiq Cəfərli: “Ancaq rəqabətli mühitin artırılması və müəyyən təşviq proqramının olması bu sahədə qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər” Yay aylarında xüsusilə açıq məkanı olan və ya dəniz sahilində yerləşən restoranlarda  kəskin qiymət artımı müşahidə edilir. Bəzi restoranlar müştərinin çoxluğundan istifadə edib, qiymətləri fantastik dərəcədə bahalaşdırırlar. Sosial şəbəkələrdə mövcud durumdan …

Ətraflı oxu »

Bakıda evlər ucuzlaşıb, bağ evləri isə bahalaşıb

2018-ci ilin iyun ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə 1,57 faiz azalıb. Bunu  “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ay ərzində ucuzlaşma fərdi və bağ evləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib: “Belə ki, …

Ətraflı oxu »

Qəbələdə qovaq ağacları kəsildi – Sənədlər prokurorluğa göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən Azinforum.az-a verilən məlumata görə, reyd zamanı Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisində köküstə yaş 40-92 sm diametrliyində 8 qovaq ağacının kəsildiyi və təbiətə 9400 manat məbləğində ziyan dəydiyi məlum …

Ətraflı oxu »

Cəbhədə düşmən təxribatı davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyindən BakuPost-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə …

Ətraflı oxu »