Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / 2018 / May (səhifə 110)

Monthly Archives: May 2018

İTV-nin yeni rəhbəri kimdir? – Bioqrafiya

Bu gün İctimai Televiziyanın (İTV) Yayım Şurasının iclasında İTV-yə Balakişi Qasımov yeni baş direktor seçilib. Azinforum.az  onun tərcümeyi-halını təqdim edir: Balakişi Qasımov (Balakişi Ələkbər oğlu Qasımov) 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub. Bakı şəhər 1 saylı orta məktəbi, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. “Kim? Harda? Nə …

Ətraflı oxu »

“Köçkünlərin problemləri həll ediləcək” – Rövşən Rzayev

Mayın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxana və inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Komitədən verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub. Prezident İlham Əliyevin hər …

Ətraflı oxu »

Astarada bir yaşlı uşağın əli ət çəkən maşında qaldı – Fotolar

Astara rayonunda bir yaşlı uşağın əli çəkən maşında qalıb. Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində qeydə alınıb. Həmin kənd sakini, 2017-ci il təvəllüdlü İlahə Fəxrəddin qızı Məmmədova valideynlərinin diqqətindən yayınaraq sol əlini ət çəkən maşına salıb. Nəticədə İ. Məmmədovanın əli orada qalıb. O, valideynləri tərəfindən Lənkəran Rayon …

Ətraflı oxu »

Prezident Şirməmməd Hüseynovun qızına vəzifə verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. AzərTac xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Fərəh Əliyeva professor Şirməmməd Hüseynovun qızıdır.

Ətraflı oxu »

Əfvlə bağlı daha 100 müraciətə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb, onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib. Qeyd edək ki, ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Ətraflı oxu »

“ABB-Moskva”nın kapitalına həbs qoyuldu

Azərbaycan Beynəlxalq Bankı (ABB) Moskva Arbitraj Məhkəməsinin qərarına aydınlıq gətirib. Bankdan verilən məlumata görə, sırf kommersiya mübahisəsi mahiyyəti daşıyan bu iddia Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə hər hansı şəkildə təsir göstərmir. Eyni zamanda bank bu qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Məlumatda bildirilib ki, 2017-ci il mayın 11-də Azərbaycan Beynəlxalq Bankının …

Ətraflı oxu »

Neftin qiyməti 90 dollara çata bilər? – Proqnoz

“Brent” markalı neftin qiyməti 2019-cu ilin ikinci rübündə bir barel üçün 90 dollaradək çata bilər. Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Bank of America”nın icmalında deyilir. Qeyd olunur ki, geosiyasi və digər amillər fonunda neftin qiyməti 100 dollar həddinə də çata bilər.  Mütəxəssislərin fikrincə, yaxın 18 ay ərzində qlobal …

Ətraflı oxu »

Təhsil naziri müəllimlərin işə qəbulu və yerdəyişməsi barədə əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb. Əmrlə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları təsdiq edilib. Müəyyən edilib ki, peşə təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin …

Ətraflı oxu »

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri genişləndirildi

Bu il iyulun 1-dən Azərbaycanda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını yalnız Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb. Hazırda taxıl …

Ətraflı oxu »

Nazir Muxtar Babayev AFFA-dakı vəzifəsindən istefa verdi – Toplantı

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib. “Report”un məlumatına görə, bugünkü iclasda AFFA-nın İcraiyyə Komitəsi M.Babayevin istefasını qəbul edib. Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun. İclasda həmçinin Azərbaycan Premyer Liqası …

Ətraflı oxu »