Şənbə , Aprel 20 2024
Ana səhifə / 2018 / Mart (səhifə 130)

Monthly Archives: Mart 2018

Türkiyə ordusu Afrinin daha bir kəndini terrorçulardan azad etdi

Türkiyə ordusunun Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçuların Afrin-Cinderes rabitə xətti bağlanıb. Avropa.info xəbər verir ki, TSQ və ASO-nin apardığı əməliyyat nəticəsində Afrinin strateji əhəmiyyətli Kafr Cenne kəndi terrorçulardan təmizlənib. Bu günədək keçirilən əməliyyatlarda 2940 terrorçu zərərsizləşdirilib, 4 mahal mərkəzi, 120 kənd, 30 yüksəklik olmaqla 154 məntəqə ələ keçirilib.

Ətraflı oxu »

Hava şəraiti kəskin pisləşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19, Bakıda gecə …

Ətraflı oxu »

ATƏT cəbhədə monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 7-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. MN-dən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Ətraflı oxu »

POLKOVNİK QIZ İSTƏYƏN GƏNCİ QANINA QƏLTAN ETDİ – Kapitanla birgə (FOTO)

Cəlilabad rayon sakini, 21 yaşlı Yusif Quliyev vəhşicəsinə döyülüb.Yusif Quliyevi döyənlərin Cəlilabad rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqəladə Halların Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Şahin Cəfərov olduğu iddia olunur. Qan içində olan fotolarını Y.Quliyevin yaxın qohumu Dəyanət Babayev sosial şəbəkədə paylaşıb. Yusif Quliyevin döyülməsinə səbəb …

Ətraflı oxu »

Cəlilabadın icra başçısı qəbuluna əlil arabasında gələn vətəndaşdan gizləndi – VİDEO

Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən təzyiqlərə məruz qalıb. Belə ki, Cəlilabad rayonuna yeni təyinat alan icra başçısı Namiq Zeynalov icra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq edib. Əlil arabasında icra başçısı …

Ətraflı oxu »

Vasif Talıbov qadınları təltif etdi – SİYAHI

Azinforum.az  xəbər verir ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın qadınlarına fəxri adların və nişanların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasında səmərəli fəaliyyətlərinə görə: Cəfərova Siyatel Sevindik qızı …

Ətraflı oxu »

Mərkəzi Seçki Komissiyası nəzdində Müstəqil Media Mərkəzinin açılışı olub (FOTO)

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2018” Müstəqil Media Mərkəzinin açılış mərasimi olub. Trend-in məlumatına görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, MSK üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər. Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri yerli və beynəlxalq kütləvi informasiya …

Ətraflı oxu »

Xocalı tədbirində icra başçısı üçün çətir tutan şəxsin kimliyi məlum oldu-FOTO

Bir neçə gündür ki, Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması ilə bağlı hadisə sosial şəbəkə istifadəçiləri və KİV-lərin tənqid  obyektinə çevrilib. Bəzi KİV-lər icra başçısının başının  üstündə çətir tutan şəxsin onun mühafizəçisi olduğu qeyd edilir. Ancaq Azinforum.az …

Ətraflı oxu »

Narkoloji Mərkəzdə ölənlərin ailələrinə 10 min manat verilib – RƏSMİ

Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb. Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov AzVision.az-a eksklüziv açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib. Baş nazirin müavini vurğulayıb ki, xəsarət …

Ətraflı oxu »

Bakıda 844 yerlik yataqxana kompleksi tikilir

Nazirlər Kabineti deputatların dövlət universitetlərinin yataqxanaları ilə bağlı təkliflərinə cavab verib. Belə ki, deputatlar Milli Məclisdə hökumət üzvlərindən xahiş ediblər ki, dövlət universitetlərinin yataqxana peoblemi həll olunsun: “Məsələ bir neçə dəfə vurğulanıb, gündəmdədir və ümid edirik ki, yaxın zamanda həllini tapacaq”. Nazirlər Kabinetinin deputatlara cavabında bildirilib ki, Bakıda yerləşən ali …

Ətraflı oxu »