Ana səhifə / 2018 / Fevral (səhifə 86)

Monthly Archives: Fevral 2018

Türkiyədə Azərbaycan əsilli müğənni dünyasını dəyişdi

Türk xalq musiqisi sənətçisi Nuray Hafiftaş uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Belə ki, xərçəng xəstəliyindən əziyyət çəkən müğənni keçən il yoğun bağırsağından əməliyyat eidlmişdi. Lakin əməliyyatdan sonra xərçəng qaraciyərinə yayılmışdı. Bu gün günorta saatlarında dünyasını dəyişib. Əslən azərbaycanlı olan müğənni 1964-cü ildə dünyaya gəlib.

Ətraflı oxu »

Azərbaycanın xarici dövlət borcu artıb

Azərbaycan Respublikasının xarici dövlət borcu açıqlanıb. Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil …

Ətraflı oxu »

Azərbaycanda 20 məhkəmə hakimi işdən çıxarılıb

Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalıb. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. Onun sözlərinə görə, 2017-ci ildə məhkəmə orqanlarının saflaşdırılması üçün ardıcıl tədbirlər görülmüş, Məhkəmə-Hüquq Şurası tərəfindən birinci instansiya və apellyasiya …

Ətraflı oxu »

Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiqləndi

2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyev fevralın 14-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə …

Ətraflı oxu »

Avropada xoruzların banlamasına qarşı mübarizə başlandı – Rəsmi

Belçikada məmurlar xoruzların səsinin kəsilməsi üzrə əməliyyata başlayıb. Moderator.az xəbər verir ki, bu haqda yerli “RTBF” radiosu xəbər yayıb. Bu əməliyyata səbəb Muskron şəhər sakinlərinin xoruzların banlamasının onların gecələr yatmasına mane olmasından şikayətidir. Xoruzların yaxalanaraq haraya aparılması haqda məlumat verilmir. Qeyd edilir ki, son illər Muskron şəhər parklarında xoruz və …

Ətraflı oxu »

Türkiyəyə ən çox hansı ölkənin vətəndaşları səfər edir?- Açıqlandı

Türkiyəni ziyarət edən xarici ölkə vətəndaşları siyahısına Rusiya başçılıq edir. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Miqrasiya İdarəsi məlumat yayıb. İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəni Rusiyanın 4 milyon 702 min 482 vətəndaşı ziyarət edib. İkinci yerdə Almaniyadır. Bu ölkədən Türkiyəyə 3 milyon 519 min 206 nəfər səyahət …

Ətraflı oxu »

Bazarda avtomobillər ucuzlaşıb

Yanvar ayında Bakıda maşın bazarında qiymətlərin azalması müşahidə olunub. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz azaldı. Ümumilikdə isə …

Ətraflı oxu »

İlham Əliyevin səlahiyyətli nümayəndələri

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.  İclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib. İclasda, həmçinin Əli Əhmədov, Mübariz …

Ətraflı oxu »

Türkiyə ordusu 1485 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb. Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatında indiyədək 1485 terrorçu məhv edilib. Bildirilib ki, bu gün keçirilən əməliyyat zamanı terrorçuların gizləndiyi düşərgə və sığınacaqlara, silah anbarlarına aviazərbələr endirilib. Nəticədə 45 terrorçu zərərsizləşdirilib, …

Ətraflı oxu »

“Başqan müavini vəzifəsindən çıxarılmağımı Arif Hacılı ilə danışmışdıq” – Tofiq Yaqublu

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib. Azinforum.az xəbər verir ki, T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır: “Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram”, – deyə o vurğulayıb. T. …

Ətraflı oxu »