Cümə , Aprel 19 2024
Ana səhifə / 2017 / Noyabr (səhifə 60)

Monthly Archives: Noyabr 2017

Hacı Qalibin oğlunu daha bir vəkil müdafiə edəcək – məhkəmə işi

Şeyxin qudasının oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Milli Məclisin sabiq deputatı, Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Əlihüseyn Salahzadə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə təqsirləndirilir. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesə yenə …

Ətraflı oxu »

Azərbaycanda hava pisləşir – Qar yağacaq + Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.  “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayıb. Xəbərdə bildirilir ki, Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından  başlayaraq …

Ətraflı oxu »

Rüfət Səfərov ata oldu- ONUN OĞLU DÜNYAYA GƏLİB

Hazırda həbsdə olan Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun övladı dünyaya gəlib. Gununsesi.info-nun siyasi məhbusun ailə üzvlərinə istinadən verdiyi məlumata görə, Rüfət Səfərovun oğul övladı doğulub. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il …

Ətraflı oxu »

Səhiyyə Nazirliyi Xırdalanda doğuş vaxtı baş vermiş ölüm faktı barədə

Səhiyyə Nazirliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 8 aylıq hamilə olub: “O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Döl ölü olub. Hazırda Aytac Tapdıqovanın vəziyyəti ağırdır, …

Ətraflı oxu »

Azərbaycanda dəhşətli hadisə: özünü maşının altına atdı

Yevlax rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının 321-ci kilometrliyində, Yevlax rayonu ərazisində 60-65 yaşlı kişi özünü hərəkətdə olan “Toyota” markalı, 99 FV 660 dövlət nömrə nişanlı avtomobilin altına atıb. O, hadisə yerində vəfat edib. İlkin araşdırmalar zamanı ölən şəxsin 1952-ci il təvəllüdlü Hüseynov Tofiq …

Ətraflı oxu »

Bakıda türkiyəli iş adamına məxsus zavod partladı – ölən və yaralananlar var

Bakıda zavodda partlayış olub. APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, partlayış bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Hazırda hadisə yerində araşdırma aparılır.

Ətraflı oxu »

“Berlin Dönər”dən qanunsuz addım – restoran nağdsız ödənişlərdən imtina edir…

Bakının ən böyük  ticarət-əyləncə mərkəzi olan “Gənclik Mall”un sonuncu mərtəbəsində fəaliyyət göstərən “Berlin Dönər” adlı restoran  nağdsız ödənişlərin həyata keçirilməsindən imtina edir. Onlarda plastik kartla ödənişləri həyata keçirmək üçün post terminal belə yoxdur. Bu haqqda şikayəti Azinforum.az-a adının çəkilməsini istəməyən bir vətandaş edib: “Sifarişi verdim, ödənişi kartla etmək istəyəndə, dedilər …

Ətraflı oxu »

Hacı İbrahimdən “Quska”nın ofisini basma xəbərinə reaksiya: “O, məndən üzr istədi və məsələ bitdi”

“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) Almaniyada mühacirətdə olan “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin rəhbərlik etdiyi silahlı dəstə üzvləri tərəfindən avtomat atəşinə tutulması xəbərlərinə münasibət bildirib. Azinforum.az  xəbər verir ki, Hacı İbrahim Nehrəmli “Ölkə.Az”a açıqlamasında deyib ki, onun ofisinin silahla atəşə tutulması barədə yayılan …

Ətraflı oxu »

Ziya Məmmədovun daha iki obyekti əlindən alındı

Sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun yaxın ətrafında baş verən olaylar hələ də diqqət mərkəzindədir. Belə ki, sabiq nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha iki böyük obyekti əlindən alınıb. Azinforum.az xəbər verir ki, unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, o, qiyməti milyonlar dəyərində ölçülən, Bakının Biləcəri qəsəbəsində yerləşən …

Ətraflı oxu »

Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib. APA-nın məlumatına görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

Ətraflı oxu »